Saytımızı qiymətləndirin


 
 

Rusiya ordusu bu istiqamətdə ciddi itkilərlə geri çəkildi... - Səhər xülasəsi
Tarix: 16-05-2022 | Saat: 10:10
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya ordusu bu istiqamətdə ciddi itkilərlə geri çəkildi... - Səhər xülasəsi
Ukrayna hərbçiləri Xerson vilayətinin Çernobayevka ərazisində rusların mövqelərinə yenidən zərbələr endirib, işğalçıların itkiləri dəqiqləşdirilir. Həmçinin Ukrayna Silahlı Qüvvələri işğalçıları Avdeyevka istiqamətində geri çəkilməyə məcbur edib.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” sosial şəbəkəsində səhər xülasəsində deyilib.
 
Rusiya Federasiyasının əsas səyləri Donetsk istiqamətinə yönəlib. Slobojanski istiqamətində işğalçılar Xarkovdan şimalda Ukrayna Silahlı Qüvvələrinin hücumunu cilovlamağa və onların dövlət sərhədinə çatmasının qarşısını almağa çalışırlar. Rusiya Federasiyası İzyum bölgəsində cəmləşmiş qüvvələrlə hücuma hazırlaşır.
 
Rusiya aviasiyası Ukraynanın şərqində mülki və hərbi infrastrukturu və Ukraynanın daxili hissəsindəki sənaye obyektlərini atəşə tutub.
 
Volın və Polesya istiqamətlərində Rusiya Federasiyası aktiv hərəkətlər etməyib. Belarus Silahlı Qüvvələrinin 7 batalyonu Ukrayna-Belarus sərhədinin bir hissəsini qorumaqda davam edir.
 
Belarus Silahlı Qüvvələrinin döyüş hazırlığının yoxlanılmasının növbəti mərhələsi mayın 21-dək davam edəcək. Mobil radiomonitorinq kompleksinin fəaliyyəti sərhəd zonasında, o cümlədən Ukrayna ərazisində qeydə alınır.  Həmin kompleks mobil şəbəkələrə nəzarət edir.
Seversk istiqamətində Rusiya Federasiyası Ukrayna-Rusiya sərhədinin Bryansk və Kursk vilayətlərindəki hissəsinə nəzarəti gücləndirib və Ukrayna qüvvələrinin şərq əməliyyat zonasına keçirilməsinin qarşısını almaq üçün nümayişkaranə hərəkətlər icra edir. Rusiya Federasiyası ərazisindən qeyd olunan istiqamətə atəş və raket-bomba zərbələri endirmə ehtimalı davam edir.
 
Xarkov istiqamətində işğalçılar öz mövqelərini saxlamaq və Ukrayna Silahlı Qüvvələrinin dövlət sərhədi istiqamətində irəliləməsinin qarşısını almağa yönəlib.
 
Slavyansk istiqamətində aktiv hərbi əməliyyatlar aparılmayıb. Rusiya Federasiyası öz bölmələrinin itkilərini doldurur və yenidən komplektləşdirir.
 
Rusiya işğalçıları Dovqenkoye, Ruskiye Tişki, Ternovaya və Petrovka yaşayış məntəqələri ərazilərində mülki infrastruktur obyektlərini artilleriyadan atəşə tutublar.
 
Donetsk istiqamətində işğalçılar Ukrayna Silahlı Qüvvələrinin qüvvələrini tükətmək və istehkamları məhv etmək üçün bütün mövcud silahlardan atəş açıblar.
 
Limanski, Baxmutski və Kuraxovski istiqamətlərində Rusiya Federasiyası irəliləməkdə davam edir.
 
Avdeyevka istiqamətində Ukrayna Müdafiə Qüvvələri tərəfindən verilmiş itkilərdən sonra Rusiya Federasiyası əvvəllər tutduğu mövqelərə geri çəkilib.
 
Severodonetsk və Novopavlovsk istiqamətlərində aktiv döyüş əməliyyatları aparılmayıb, Rusiya Federasiyası Ukrayna qoşunlarının bölmələrini atəşə tutmağa cəhd edib.
 
Mariupolda işğalçılar kütləvi artilleriya və hava zərbələrini davam etdirirlər. Onlar əsas səylərini "Azovstal" zavodunun ərazisində Ukrayna bölmələrinin qarşısını almaq və məğlub etmək üzərində cəmləşdiriblər.
 
Cənubi Buj istiqamətində Rusiya Federasiyası aktiv döyüş əməliyyatları aparmayıb, top artilleriyasından və minaatanlardan istifadə etməklə Ukrayna bölmələrini atəşə tutub.
 
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Çernobayevka qəsəbəsi ərazisində işğalçıların mövqelərinə zərbələr endirib, canlı qüvvə və texnika itkisinə səbəb olub. Say dəqiqləşdirilir.
 
Ötən gün Ukraynanın Quru Qoşunları və Hərbi Hava Qüvvələri 11 hava hədəfini vurub: iki helikopter ("Ka-52" və "Mi-28"), yeddi pilotsuz təyyarə və iki qanadlı raket.
 
Son 24 saat ərzində Rusiyanın Donetsk və Luqansk istiqamətlərində 17 hücumu dəf edilib, düşmənin  üç tank, bir artilleriya sistemi, altı ədəd hərbi zirehli texnika və bir maşını məhv edilib. İşğalçıların şəxsi heyətinin itkiləri dəqiqləşdirilir.(Moderator.az)


Xəbəri paylaş

1232 dəfə oxunub.

Digər xəbərlər