Tarix: 01-02-2022 | Saat: 19:00
Bölmə:Karusel / Gündəm | çapa göndər
Yanvarın 28-də Azərbaycan İnsan Resursları İnstitutunun təşkilatçılığı ilə insan resursları (İR) sahəsindəki innovasiyaların təşviqi və müxtəlif sahələrdə təcrübə mübadiləsi məqsədilə "Baku International HR Forum" (BIHRF) keçirilib. Azərbaycanın telekommunikasiya bazarının lideri “Azercell” tədbirin baş sponsorlarından biri kimi çıxış edib.
6 ölkədən 16 spiker sürətlə dəyişən korporativ mühitdə insan resurslarının rolu ilə bağlı fikirlərini yerli və beynəlxalq təşkilatları təmsil edən 300 iştirakçı, müxtəlif sektorlardan olan İR departamentlərinin rəhbərləri, dövlət rəsmiləri, sahibkarlar və digərləri ilə bölüşüblər.
CEO panelinin İR funksiyasının təşkilatın uğurundakı rolu ətrafındakı müzakirəsində çıxış edən Zərinə Zeynalova, əsl biznes tərəfdaşı olmaq üçün həmin funksiyanın vacibliyini vurğulayıb. "Texnologiya və digər sənaye sahələrində innovasiyaların sürətli tətbiqi dəyişən şəraitə yüksək səviyyədə uyğunlaşma tələb edir. Bu baxımdan, kommersiya bacarıqları və sahibkarlıq ruhu, analitik bacarıqlar, emosional dayanıqlılıq, yüksək səviyyədə özünüdərk, ağıllı qərarlar qəbul etmək qabiliyyəti, dürüstlük və etimad İR mütəxəssisindən tələb olunan əsas keyfiyyətlərdir, - deyə “Azercell” prezidenti bildirib.
“Azercell” prezidentinin sessiyadakı çıxışı transformasiya liderliyi və dəyişikliklərin idarə edilməsi ilə bağlı fikirləri ətrafında ona auditoriyanın çoxsaylı suallarının yönəlməsinə səbəb olub.
Onu da qeyd edək ki, "BIHRF" çərçivəsində keçirilən "HR Awards" 2022 mükafatlandırma mərasimi zamanı “Azercell” şirkətinin İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşları "Ən Yaxşı Sağlamlıq və İşçi Rifahı Strategiyası" və "Ən Yaxşı Təlim və İnkişaf Strategiyası" nominasiyalarında iki yüksək nailiyyət sertifikatı ilə təltif olunub.
Digər xəbərlər