Tarix: 05-11-2021 | Saat: 12:07
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Xəbər verildiyi kimi, Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) azərbaycanlı deputat, “Avromed” əczaçılıq şirkətinin həmtəsisiçisi Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan 15 milyon funt-sterlinq (34,7 milyon AZN) pulu "çirkli pul" saydığından müsadirə etmək niyyətindədir. Deputatın özü isə hazırda Bakıda deyil.
Cinayətkarlıqla Mübarizə Agentliyindən BBC News Azərbaycancaya bildirilib ki, təhqiqat qrupu "kifayət qədər sübut topladığından" iş məhkəməyə gedib, amma məhkəmə prosesi getdiyi üçün Agentlik hələlik təfərrüata vara bilməyəcəklərini açılayıb.
Cavanşir Feyziyevin köməkçisi Akif Salamov isə bildirib ki, deputat hazırda Azərbaycanda deyil, o noyabrın 10-dan sonra ölkəyə qayıdacaq. "Ya Strasburqdadır, ya da Londondadır", - o deyib. Köməkçi C. Feyziyevin "dövlət tapşırığı ilə" getdiyini vurğulayıb.
Milli Məclisin saytında verilmiş xəbərə görə, Cavanşir Feyziyev oktyabrın 24-də Londonda İkinci Qarabağ müharibəsinin ildönümü ilə bağlı tədbirlərə qatılıb.
Londonda dondurulan 15 milyon funt-sterlinqin (20.5 milyon dollar) 7,86 milyonu Feyziyevin həyat yoldaşı Pərvanə Feyziyevanın, 6,4 milyonu isə onun oğlu Orxan Cavanşirin, qalanı isə qardaşı oğlu Elman Cavanşirin hesabındadır. Bu pulun bir hissəsi deputatın ailə üzvlərinə Böyük Britaniyada yaşamaq icazəsi verən investor vizası almaq üçün yatırılıb.
İş üzrə London Vestminister Mülki Məhkəməsində keçirilən dinləmələrdə NCA-nın mövqeyini müdafiə edən vəkil Kollinqvud Tompson Cavanşir Feyziyevin həmin pulları korrupsiya, oğurluq, dələduzluq və çirkli pulların leqallaşdırılması yolu ilə əldə etdiyini, saxta sənədlərdən və qurama şirkətlərdən istifadə etməklə Londondakı hesablara köçürdüyü bildirib. Habelə deputat ailə üzvlərinə investor vizası almaq üçün Böyük Britaniya Daxili İşlər Nazirliyinə yalan məlumatlar təqdim edib.
virtualaz.org
Digər xəbərlər