Saytımızı qiymətləndirin


 
 

Laçın yolunda son durum: General-polkovnik azərbaycanlılardan nə xahiş edib?
Tarix: 27-04-2023 | Saat: 10:22
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Laçın yolunda son durum: General-polkovnik azərbaycanlılardan nə xahiş edib? Həkəri çayı üzərində Azərbaycan tərəfinin nəzarət-buraxılış məntəqəsi qurmasından sonra artıq 4 gündür ki, Rusiya sülhməramlılarının komandanlığı ilə Bakı arasında danışıqlar davam edir. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. 

Erməni nəşri yazır ki, ötən gün Rusiya tərəfdən sabiq komandan Andrey Volkov, hazırkı komandan Aleksandr Lentsov və Rusiya sülhməramlı kontingentinin daha bir nümayəndəsinin iştirakı ilə azərbaycanlılarla görüş keçirilib. Qəzetin məlumatına görə, Azərbaycan tərəfindən isə 2 rəsmisi danışıqlarda iştirak edib. KİV bildirir ki, artıq ötən gündən “3+2” formatında danışıqlar başlayıb. 

“Danışıqlarda erməni tərəfindən heç kim yoxdur. “Artsax”dakı mənbəmiz iddia edir ki, Lentsov müvəqqəti olaraq, yolun açılmasını təmin etmək və prosesi dəstəkləmək üçün Qarabağa gəlib. Əgər vəziyyət yoluna qoyulsa, o, Moskvaya qayıda bilər. Ona görə ki, bu gün Rusiya ordusunda belə mütəxəssislər yoxdur və belə bir zamanda Lentsov kimi generalın Rusiyada olmasına çox ehtiyac var. Danışıqlar zamanı Rusiya tərəfi azərbaycanlıların nəzarət-buraxılış məntəqəsini yığışdırmasına və yalnız rentgen skaner cihazlarının quraşdırılmasına nail olmağa çalışacaq. 

Başqa sözlə, “Artsax”a daxil olan yük maşınları Rusiya sülhməramlılarının birbaşa nəzarəti altında yoxlanılacaq və Azərbaycan tərəfi prosesi onlayn izləyəcək”, - qəzet əlavə edib. 



Xəbəri paylaş

1103 dəfə oxunub.

Digər xəbərlər