Saytımızı qiymətləndirin


 
 

Almaniya Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib
Tarix: 12-05-2022 | Saat: 19:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Olaf Şolts

Almaniya Kansleri Olaf Şolts Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyib.

Qarabaginfo.az CNN-ə istinadən xəbər verir ki, Şolts “Twitter“ hesabındakı paylaşımında Finlandiyanın alyansa üzvlüyünü Berlinin tam dəstəklədiyini qeyd edib.

“Mən Finlandiyanın NATO-ya dərhal qəbul edilməsi lehinə qərarını alqışlayıram”, - Şolts “Twitter“ hesabında qeyd edib.

Kansler qeyd edib ki, Finlandiya Prezidenti Sauli Niinistö ilə telefon danışığı zamanı onu Almaniya hökumətinin Finlandiyaya tam dəstəyi ilə bağlı əmin edib.

Finlandiya Prezidenti Sauli Niinistö isə “Twitter” hesabındakı paylaşımında Almaniyaya dəstəyə görə minnətdar olduğunu qeyd edib. Əlavə edib ki, tərəflər söhbət zamanı Ukraynada sülhə nail olunmasının zəruriliyini müzakirə ediblər.



Xəbəri paylaş

1413 dəfə oxunub.

Digər xəbərlər