Saytımızı qiymətləndirin


 
 

FAO Zəngilandakı Bəsitçay qoruğunun bərpasına dəstək verə bilər
Tarix: 15-12-2021 | Saat: 12:18
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Nə qədər ki, gec deyil…Planetimizin “ağciyər”ini sağlam saxlayaq Xalqqazeti.com

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birgə həyata keçirilən, biomüxtəlifliyin qorunması üzrə Qlobal Ekogiya Fondunun dəstəklədiyi layihə çərçivəsində Azərbaycanda qorunan sahələrin daha yaxşı idarə edilməsi sistemləri quraşdıracaq

Qarbaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak bildirib.

"Həmin sahələr Şirvan və Hirkan qoruqları, həmçinin Qarabağda (Zəngilanda) yerləşən Bəsitçay qoruğu ola bilər. Xüsusilə Bəsitçayla bağlı ETSN-nin istəyi var: "Bəsitçayda deqradasiyasını görmək üçün ora getdim. Burada torpağın necə dəyişdiyini müəyyən edə biləcəyik", - deyə o, qeyd edib.

Bundan başqa, M.Çakmağın sözlərinə görə, Qlobal Ekologiya Fondu torpaqların deqradasiyasının qarşısının alınması ilə bağlı layihə həyata keçirə bilər: "Bu layihənin icra yeri Abşeron yarımadasında olacaq".



Xəbəri paylaş

1340 dəfə oxunub.

Digər xəbərlər