Ana Sayfa > Karusel / Qarabağ > FAO Zəngilandakı Bəsitçay qoruğunun bərpasına dəstək verə bilər
FAO Zəngilandakı Bəsitçay qoruğunun bərpasına dəstək verə bilər15-12-2021, 12:18. Yazar: Admin |
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birgə həyata keçirilən, biomüxtəlifliyin qorunması üzrə Qlobal Ekogiya Fondunun dəstəklədiyi layihə çərçivəsində Azərbaycanda qorunan sahələrin daha yaxşı idarə edilməsi sistemləri quraşdıracaq Qarbaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak bildirib. "Həmin sahələr Şirvan və Hirkan qoruqları, həmçinin Qarabağda (Zəngilanda) yerləşən Bəsitçay qoruğu ola bilər. Xüsusilə Bəsitçayla bağlı ETSN-nin istəyi var: "Bəsitçayda deqradasiyasını görmək üçün ora getdim. Burada torpağın necə dəyişdiyini müəyyən edə biləcəyik", - deyə o, qeyd edib. Bundan başqa, M.Çakmağın sözlərinə görə, Qlobal Ekologiya Fondu torpaqların deqradasiyasının qarşısının alınması ilə bağlı layihə həyata keçirə bilər: "Bu layihənin icra yeri Abşeron yarımadasında olacaq". Geri dön |