Saytımızı qiymətləndirin


 
 

Azovda yanan gəmidə Azərbaycan vətəndaşları olub?
Tarix: 11-05-2022 | Saat: 17:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Ötən gün Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan Türkiyə gəmisində yanğın baş verib. Yanğının ekipaj tərəfindən söndürüldüyü bildirilirdi.

Yayılan məlumatlara əsasən, Vanuatu bayrağı altında üzən “Aqua” adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan vətəndaşı olan 13 nəfər olub. Hadisə nəticəsində bir nəfər həyatını itirib.

Qarabaginfo.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyindən Trend-ə sözügedən gəmidə Azərbaycan vətəndaşlarının olmadığı bildirilib.

 



Xəbəri paylaş

249 dəfə oxunub.

Digər xəbərlər