Saytımızı qiymətləndirin


 
 

Ordumuz Ermənistanın bu yüksək rütbəli komandirlərini MƏHV ETDİ
Tarix: 29-10-2020 | Saat: 10:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənə qarşı görülən cavab tədbirləri davam edir”

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində bölmələrimizin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, dünən gün ərzində düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilib.

Görülən cavab tədbirləri nəticəsində düşmənin 1-ci ümumqoşun ordusu komandanın müavini polkovnik Artur Sarqisyan və 18-ci motoatıcı diviziyanın rabitə rəisi mayor Aram Ğazaryan məhv edilib.

Bundan əlavə, 1-ci ümumqoşun ordunun artilleriya idarəsinin zabiti polkovnik-leytenant B.Aseryan, 2-ci motoatıcı alayın komandiri Hunan Hayrumyan yaralanıb və 5-ci dağatıcı alayın 3-cü taborunun komandir müavini Roman Tunyan isə itkin düşüb.

 



Xəbəri paylaş

367 dəfə oxunub.

Digər xəbərlər