Saytımızı qiymətləndirin


 
 

Ukraynalı jurnalistlər 2022-ci ilin Pulitzer mükafatına layiq görülüb
Tarix: 10-05-2022 | Saat: 00:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ukraynalı jurnalistlər 2022-ci ilin Pulitzer mükafatına layiq görülüb

Ədəbiyyat, jurnalistika, musiqi və teatr sahəsində xidməti olan şəxslərə verilən Pulitzer mükafatının qalibləri müəyyən edilib.

Qarabaginfo.az Pulitzer mükafatının “Twitter“ səhifəsinə istinadən xəbər verir ki, bu il jurnalistika sahəsində mükafat ukraynalı media mənsublarına verirlib.

Pulitzer mükafatının “Twitter“ səhifəsində “Ukraynalı jurnalistləri təbrik edirik” deyə paylaşım edilib.

Bildirilir ki, ukraynalı jurnalistlər 2022-ci il Pulitzerin xüsusi mükafatını qazanıb.

Qeyd edək ki, bu mükafat macar əsilli amerikalı naşir Jozef Pulitzer tərəfindən təsis edilib. Hər il aprel ayında qaliblərə mükafatlar 21 kateqoriya üzrə verilir.

20 kateqoriya üzrə hər qalibə sertifikat və 10 min ABŞ dolları verilir. Jurnalistika sahəsində ictimai xidmətinə görə qalib qızıl medalla mükafatlandırılır. Hal hazırda birdən çox Pulitzer alanlar da var.

Onların siyahısı isə tamamlanmayıb.

Mükafatın təsis edilmə tarixi 20-ci əsrin əvvəllərinə aiddir. Qəzet naşiri Jozef Pulitzer mükafat təsis etmək və jurnalistika məktəbi açmaq üçün Kolumbiya Universitetinə pul ödəyir.

Mükafat və təqaüdlər üçün 250 min dollar pul ayrılır.



Xəbəri paylaş

1263 dəfə oxunub.

Digər xəbərlər