Saytımızı qiymətləndirin


 
 

Pentensiar Xidmət Saakaşvili ilə bağlı məlumat yaydı
Tarix: 22-05-2022 | Saat: 12:00
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstanın Xüsusi Penitensiar Xidməti eks-prezident Mixeil Saakaşvili və "Mtavari Arxi"nin yaradıcısı Nika Qvaramiya ilə bağlı bəyanat yayıb.

 

Qarabaginfo.az gürcü mediasına istinadən xəbər verir ki, bəyanatda bəzi KİV-lərin Saakaşvili və Qvaramiya haqqında yalan məlumatlar yaydığı qeyd olunub.

 

Bildirilib ki, bəzi KİV-lər tərəfindən yoxlanılmamış və qeyri-dəqiq məlumatlar yayılır ki, bu da cəmiyyətdə reallıqdan fərqli təsəvvürün formalaşmasına şərait yarada bilər:

 

"Mayın 19-da məhkum edilmiş Mixeil Saakaşvili planlı yüksək texnologiyalı müayinədən keçib, o, palatada olmayıb. Bu barədə məlumat verilsə də, vəkil Şota Tutberidze tibbi müayinənin başa çatmasını gözləməyərək klinikanı tərk edib və media ilə söhbətində Xüsusi Penitensiar Xidməti müdafiə etdiyi şəxsə məhdudiyyətlər qoymaqda ittiham edib.(Modern.az)

 

Məhkum M.Saakaşvilinin penitensiar sistemdə olduğu müddətdə Elis Marianın Saakaşvili ilə görüşünə icazə verilməməsi barədə deyilənlər də yalandır. 18 may 2022-ci il tarixinədək Xüsusi Penitensiar Xidmətə heç kim belə bir müraciətlə müraciət etməyib. Ziyarət tələbindən ertəsi gün, 2022-ci il mayın 19-da Elis Maria Saakaşvilinin anası ilə birlikdə Mixeil Saakaşvilini mülki sektor klinikasında ziyarət ediblər.

 

Burada bəzi KİV-lərin yaydığı məlumatlara cavab vermək istərdik ki, guya məhkum N. Qvaramia 12 saylı cəzaçəkmə müəssisəsində bir nəfərlik kameradadır.

 

Vurğulayırıq ki, N. Qvaramia cəzaçəkmə müəssisəsinə daxil olduğu gündən onun hüquqları barədə məlumatlandırılıb. O, öz istəyi ilə müəssisənin standart kamerasında təkdir və bunu müvafiq sənədlərlə təsdiqləmək mümükündür.

 

Xüsusi Penitensiar Xidmət ictimaiyyəti çaşdırmanın qarşısını almaq üçün hər kəsi bir daha yoxlanılmamış, birtərəfli və qeyri-dəqiq məlumat yaymaqdan çəkinməyə çağırır”, - deyə məlumatda qeyd olunub.



Xəbəri paylaş

1205 dəfə oxunub.

Digər xəbərlər