Saytımızı qiymətləndirin


 
 

Kəmaləddin Heydərov operativ iclas keçirdi - Foto
Tarix: 29-04-2022 | Saat: 16:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Kəmaləddin Heydərov operativ iclas keçirdi

 

Bu gün Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında operativ iclas keçirilib.

Qarabaginfo.az xəbər verir ki, iclasda nazir müavinləri və müvafiq struktur bölmələrin rəhbərləri iştirak edib.

İclasda, əvvəlcə, nazir Kəmaləddin Heydərov Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı göstərdikləri fədakarlığa görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına təşəkkürlərini çatdırıb.

İclasda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının ehtimal olunan başvermə səbəbləri müzakirə olunub, aidiyyəti strukturların rəhbərlərinin məruzələri dinlənilib. Nazir yanğınla bağlı yaradılmış istintaq qrupu tərəfindən hadisənin səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Həmçinin, bundan əvvəl keçirilmiş iclaslarda verilmiş tapşırıqların davamı olaraq, Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması istiqamətində görülən işlərə toxunulub, tapşırıqlar verilib.

 

 



Xəbəri paylaş

226 dəfə oxunub.

Digər xəbərlər