Saytımızı qiymətləndirin


 
 

Türkiyədə zəlzələdə ölənlərin sayı 912-yə çatdı
Tarix: 06-02-2023 | Saat: 14:23
Bölmə:Karusel | çapa göndər

Türkiyədə zəlzələdə ölənlərin sayı 912-yə çatdı

 

Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb.

 

Qarabaginfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

 

"Dövlətimiz zəlzələ anından etibarən bütün qurumlarla dərhal hərəkətə keçib.. Bütün imkanlar səfərbər edilib. Valilərin yanına 10 vali də göndərilib. 9 min personal axtarış-xilasetmə tədbirlərini davam etdirir", - deyə Prezident bildirib.

 

"912 vətəndaşımız həyatını itirdi, 5 385 nəfər isə yaralıdır", - Ərdoğan zəlzələ qurbanlarının sayını açıqlayıb.

 

Son məlumata görə, 2818 bina da dağılıb.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. 



Xəbəri paylaş

104 dəfə oxunub.

Digər xəbərlər