Saytımızı qiymətləndirin


 
 

Zelenski 162 azərbaycanlıya Ukrayna vətəndaşlığı verib 
Tarix: 16-01-2023 | Saat: 16:57
Bölmə:Karusel / Region | çapa göndər

Zelenski 162 azərbaycanlıya Ukrayna vətəndaşlığı verib 

2022-ci ildə Ukrayna vətəndaşlığını alan Azərbaycan vətəndaşlarının sayı məlum olub. 

Ukrayna Dövlət Miqrasiya Xidmətindən "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, il ərzində ümumilikdə 162 nəfər Azərbaycan vətəndaşı Ukrayna vətəndaşlığını alıb. 

Bunlardan 14 nəfər Ukrayna prezidenti fərmanı ilə vətəndaşlıq alıb. Vətəndaşlıq alanlardan 2-si uşaqdır. 

Qeyd edək ki, 2022-ci ilin əvvəlindən Rusiyanın geniş miqyaslı hücumu nəticəsində Ukraynada müharibə gedir. 



Xəbəri paylaş

1123 dəfə oxunub.

Digər xəbərlər