Saytımızı qiymətləndirin


 
 

Rəsmi Bakı Bursadakı terroru pislədi
Tarix: 20-04-2022 | Saat: 16:14
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını pisləyib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində bildirilib.

 

"Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı veririk, yaralılara Allahdan şəfa diləyirik", - paylaşımda deyilir.

 

Qeyd edək ki, bu gün Bursada həbsxana gözətçilərinin olduğu avtobus partladılıb. Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 4 həbsxana işçisi yaralanıb.



Xəbəri paylaş

226 dəfə oxunub.

Digər xəbərlər