Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rəsmi Bakı Bursadakı terroru pislədi
Ana Sayfa > Karusel / Siyasət > Rəsmi Bakı Bursadakı terroru pislədi

Rəsmi Bakı Bursadakı terroru pislədi


20-04-2022, 16:14. Yazar: Admin

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin Bursa şəhərində törədilən terror aktını pisləyib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində bildirilib.

 

"Qardaş Türkiyənin Bursa vilayətində baş verən terror hücumu nəticəsində həyatını itirən məmurun ailəsinə və yaxınlarına hüznlə başsağlığı veririk, yaralılara Allahdan şəfa diləyirik", - paylaşımda deyilir.

 

Qeyd edək ki, bu gün Bursada həbsxana gözətçilərinin olduğu avtobus partladılıb. Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 4 həbsxana işçisi yaralanıb.


Geri dön