Saytımızı qiymətləndirin


 
 

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulacaq
Tarix: 16-04-2022 | Saat: 11:29
Bölmə:Karusel / İdman | çapa göndər

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulacaq

 

Azərbaycan Premyer Liqasında 23-cü tur davam edir.
 
Qarabaginfo.az xəbər verir ki, turun son iki görüşü bu gün baş tutacaq. 
 
Əvvəlcə "Zirə" doğma meydanda "Səbail"i qəbul edəcək. Bu komandalar ölkə çempionatlarında 18 dəfə üz-üzə gəlib. Oyunların 11-də meydan sahibləri, üçündə isə qonaqlar qələbə qazanıb. Qalan 4 görüş heç-heçə nəticələnib. Tof fərqində də "Zirə"nin aşkar üstünlüyü var - 25:10. "Zirə” 9 oyundur uduzmur. "Səbail” son 4 matçda xal qazanmayıb.
 
Günün və turun son qarşılaşması "Bakcell Arena"da "Neftçi" ilə "Sabah" arasında keçiriləcək. Bu rəqiblər ölkə çempionatlarında 14 dəfə üz-üzə gəlib. Bunların 11-də "Neftçi", 1-də isə "Sabah" meydandan qələbə ilə ayrılıb. Qalan 3 görüş heç-heçə nəticələnib. Top fərqində "Neftçi" öndədir - 27:8. "Neftçi” bütün oyunlarda qol vurub. Son 4 qarşılaşmanın meydan sahibi qələbə qazanmayıb.
 
Azərbaycan Premyer Liqası
XXIII tur
16 aprel
18:15. "Zirə” - "Səbail”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Zirə İdman Kompleksinin stadionu.
20:30. "Neftçi” - "Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
"Bakcell Arena”.
İlk oyun günündə aşağıdakı nəticələr qeydə alınıb:
 
"Qəbələ" - "Sumqayıt" 1:1
"Qarabağ" - "Şamaxı" - 8:0.
 
"Qarabağ" - 55, "Neftçi" - 41, "Zirə" - 36, "Qəbələ" - 35, "Sabah" - 32, "Şamaxı" - 20, "Sumqayıt" - 15, "Səbail" - 14


Xəbəri paylaş

233 dəfə oxunub.

Digər xəbərlər