Tarix: 23-09-2020 | Saat: 12:23
Bölmə:Karusel / Dünya | çapa göndər
Belarusun paytaxtı Minskdə etiraz aksiyalarında iştirak etmiş daha bir azərbaycanlı saxlanılıb.
Qarabaginfo.az xəbər verir ki, saxlanılan şəxs əslən Azərbaycanın Beyləqan rayonundan olan, Rusiya vətəndaşı Aslanov Polad Rüstəm oğludur.
Aksiya iştirakçısı Rusiyaya deportasiya edilib.
Məhkəmənin deport ilə bağlı çıxardığı qərara səbəb olaraq xulqanlıq, ictimai asayişi pozmaq və milisə müqavimət göstərilib.
Qeyd edək ki, daha əvvəl aksiyada iştirak edən bir azərbaycanlının Ukraynaya deportasiya olunması, daha bir nəfərin isə itkin düşməsi barədə xəbər yayılıb.
Xatırladaq ki, avqustun 9-dan Belarusda prezident seçkisinin nəticələrinə etiraz olaraq “Ədalət uğrunda!” şüarı altında etiraz aksiyaları davam edir. Sonuncu dəfə genişmiqyaslı aksiyalar sentyabrın 20-də Belarusun paytaxtı Minskdə və əsas şəhərlərində keçirilib. Bu aksiyalarda 130-dan çox etirazçı saxlanılıb. Rəsmi məlumata görə, Minskdə keçirilən etiraz yürüşündə 20 min nəfər iştirak edib. Aksiyaçılar isə saylarının bu rəqəmdən bir neçə dəfə çox olduğunu bildiriblər. "Report"
Digər xəbərlər