Saytımızı qiymətləndirin


 
 

İsrail İranın aviabazasını bombaladı - Ölənlər var
Tarix: 13-11-2022 | Saat: 23:44
Bölmə:Karusel / Manşet | çapa göndər

İsrail İranın aviabazasını bombaladı - Ölənlər var

İsrail ordusu Suriyanın Hüms vilayətində yerləşən aviabazaya raket zərbələri endirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Suriyanın dövlətə məxsus SANA agentliyi məlumat yayıb.

Zərbələr nəticəsində iki hərbçi ölüb, üç nəfər isə yaralanıb.

Hərbi mənbələr "Reuters" agentliyinə bildiriblər ki, zərbələr endirilən Şayratdakı aviabaza bu yaxınlarda İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib.

Raketlərin bazada uçuş-enmə zolağına dəydiyi bildirilir. Aviabaza son üç ildə Rusiya ordusu tərəfindən modernləşdirilb.

Regional və kəşfiyyat mənbələri qeyd ediblər ki, İsrail son aylarda İranın Suriya və Livandakı müttəfiqlərinə, o cümlədən Hizbullaha silah tədarükünün qarşısını almaq üçün Suriyanın hava limanlarına və hava bazalarına zərbələri gücləndirib.



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər