Saytımızı qiymətləndirin


 
 

“Ermənistan heç vaxt Qarabağa indiki qədər dəstək verməyib” - Paşinyan
Tarix: 13-04-2022 | Saat: 11:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

 “Ermənistan heç vaxt Qarabağa indiki qədər dəstək verməyib” - Paşinyan

 


“Ermənistan heç vaxt Qarabağa indiki qədər dəstək verməyib”.

Qarabaginfo.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan Milli Məclisində hökumətin 2021-ci il proqramının icrasının yekunlarına dair olan hesabatın təqdimatı zamanı deyib.

Paşinyan ilk olaraq Ermənistanın 2021-ci ildə əldə etdiyi “nailiyyətlərə” toxunub. O, parlament seçkilərini 2021-ci ilin nailiyyətlərinin təməl daşı hesab edib:

“Fəlakətli müharibədən sonra keçirilən bu seçkilər dövlətçiliyimizin və xalqımızın möhkəmliyini, dövlətçiliyə sahib olmaq iradəmizi göstərdi, demokratik dəyərlərə sadiqliyimizi nümayiş etdirdi.

Üçüncü Respublika tarixində ilk dəfə olaraq 2021-ci il seçkiləri daxili siyasi böhranın səbəbi deyil, əksinə daxili siyasi böhrandan çıxmaq yolu oldu”, - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, sadalığı nümunələr müharibə şəraitində olan ölkə üçün çox yüksək və güclü qiymətləndirmələrdir:

“Bu qiymətləndirmələr praktikada öz təsdiqini tapdı, ölkəmizin siyasi müqaviməti ilə paralel olaraq, maliyyə-iqtisadi dayanıqlılığını göstərdi. Nəticədə 2021-ci ilin vergi büdcəsinin gəlirləri ilin əvvəlində nəzərdə tutulanla müqayisədə 147 milyard dram çox olub. Yəni, böhrandan sonrakı ildə hökumət nəinki xərcləri azaltmadı, həm də əlavə xərcləri maliyyələşdirmək imkanı əldə etdi. Bu əlavə xərclərin əhəmiyyətli hissəsi müharibədən əziyyət çəkən “Artsax”ın sosial-iqtisadi problemlərinin həllinə yönəldilmişdir.Bu fonda, 2020-ci ilin noyabrından 2021-ci ilin sonuna kimi Ermənistan hökuməti “Artsax”da 136 milyard dram dəyərində proqram həyata keçirəndə və 2022-ci ilin büdcəsindən 144 milyard dramın maliyyələşdirilməsi nəzərdə tutulduğunda, Ermənistan “Artsax”dan əlini üzüb deyən bəzi insanların dili dolaşdı. Ermənistan heç vaxt “Artsax”a indiki qədər dəstək verməyib". 



Xəbəri paylaş

242 dəfə oxunub.

Digər xəbərlər