Tarix: 20-12-2017 | Saat: 15:32
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər
İfa etdikləri “Bu ayrılıq nədən oldu?” mahnısı ilə qısa müddətdə sosial şəbəkələrdə məşhurlaşan müəllim və şagirdinə diqqət hər ötən gün daha da artır.
"Qarabaginfo" “Qafqazinfo”-a istinadən xəbnər verir ki, Mustafayev xanəndə Mənsum İbrahimovu özünə nümunə kimi götürdüyünü bildirmişdi. Sözügedən reportajı izləyən xalq artisti səs sinfində təhsil alan şagirdləri görüşmək üçün Azərbaycan Milli Konservatoriyasına dəvət etdi.
Şagirdlərin hər birini ayrılıqda dinləyən xanəndə Mənsum İbrahimov onlara öz məsləhətlərini verib:
“Həqiqətən çox istedadlı uşaqlardır. O zəngulələr Qarabağ torpağından gəlir. Müəllimlərinə də muğamlarımızı doğru öyrədiyi üçün təşəkkür edirəm. Məktəbi bitirib imtahan versinlər, onları bu sinifdə görmək bizim üçün xoş olar.
Bir müddət sonra səsləri dəyişməyə başlayacaq. Həmin müddətdə oxumayıb səslərini qorusalar, gələcəkdə hər biri gözəl xanəndə olar”.
“Qafqazinfo” şagirdlərin xalq artisti Mənsum İbrahimovla görüşünü təqdim edir:
Digər xəbərlər