Saytımızı qiymətləndirin


 
 

Rusiya Federasiya Şurasının sədri: Alen Simonyan bütün "qırmızı xətləri" keçib
Tarix: 24-04-2024 | Saat: 12:41
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya Federasiya Şurasının sədri: Alen Simonyan bütün "qırmızı xətləri" keçib

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko senatorlara Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı sorğu hazırlayıb Ermənistan parlamentinə göndərməyi tapşırıb.

Qarabaginfo.az xəbər verir ki, Matviyenko Simonyanın artıq bütün qırmızı xətləri keçdiyini söyləyib.

Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin konfransında çıxış edən Simonyan “konfransın əsas mövzusunun Rusiyanın Ukraynaya müdaxiləsi və Yaxın Şərq münaqişəsi olduğunu” nəzərə alaraq, Ermənistanın Ukraynanın, həmçinin Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini təsdiqləmək istədiyini bildirib.

"Mən həmkarıma, Ermənistan parlamentinin sədrinə sual vermək istərdim: o, kimin adından bu cür süjetlər səsləndirib? Təbii ki, Rusiyanın çoxəsrlik dostluğu olan erməni xalqı adından deyil. Biz bu cür rusofob çıxışı nəzərdən qaçıra bilmərik. Mən Ermənistan parlamentinə yazılı sorğu göndərərdim ki, o, kimin adından danışıb və Ermənistan parlamenti bu "sxodka"da səslənən qiymətləri bölüşürmü? Biz bu cür rusofob, anti-Rusiya çıxışı diqqətsiz qoymayacağıq. Sadəcə, həmkarımız üçün ayıbdı ki, o, artıq bütün qırmızı xətləri keçib",deyə Matviyenko vurğulayıb.

Qeyd edək ki, Simonyanın çıxışının mövzusu bu gün plenar iclasda Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin tərəfindən qaldırılıb və o, erməni spikerin bəyanatının qeyri-dost tonununda olduğunu söyləyib.



Xəbəri paylaş

191 dəfə oxunub.

Digər xəbərlər