Saytımızı qiymətləndirin


 
 

Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı yeni qərar
Tarix: 09-04-2022 | Saat: 11:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Səudiyyə Ərəbistanı cari ildə Həcc ziyarəti üçün ölkə daxilindən və xaricdən ümumilikdə 1 milyon ziyarətçini qəbul edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ziyarətçilər hər ölkənin payına düşən saya görə müəyyənləşəcək:

“Bu il müqəddəs torpaqlarda qəbul ediləcək ziyarətçilərin yaşı 65-dən aşağı olacaq. Ziyarətə gələn şəxslərin COVİD-19 pasportu olması da mütləqdir”.

Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün xaricdən ziyarətçi qəbul etməyəcəyini açıqlamışdı.

 



Xəbəri paylaş

246 dəfə oxunub.

Digər xəbərlər