Ana Sayfa > Karusel / Gündəm > Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı yeni qərar
Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı yeni qərar9-04-2022, 11:54. Yazar: Admin |
Səudiyyə Ərəbistanı cari ildə Həcc ziyarəti üçün ölkə daxilindən və xaricdən ümumilikdə 1 milyon ziyarətçini qəbul edəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ziyarətçilər hər ölkənin payına düşən saya görə müəyyənləşəcək: “Bu il müqəddəs torpaqlarda qəbul ediləcək ziyarətçilərin yaşı 65-dən aşağı olacaq. Ziyarətə gələn şəxslərin COVİD-19 pasportu olması da mütləqdir”. Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün xaricdən ziyarətçi qəbul etməyəcəyini açıqlamışdı.
Geri dön |