Saytımızı qiymətləndirin


 
 

Blinken Rusiyanın bu həftə Ukraynaya hücum edəcəyəni istisna etməyib
Tarix: 16-02-2022 | Saat: 08:20
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Blinken Rusiyanın bu həftə Ukraynaya hücum edəcəyəni istisna etməyib

ABŞ dövlət katibi Entoni Blinken “France 24” telekanalına müsahibəsində bu həftə Rusiyanın Ukraynaya hücumunun mümkünlüyü barədə açıqlama verib.

Bu barədə Qarabaginfo.az “TASS”a istinadən xəbər verir.

“Rusiya qüvvələrinin Ukraynanı əhatə edən ərazilərdə yerləşdirilməsi ilə bağlı baş verənlərə nəzər salsanız, bu həftə başlayan hücum aktı tamamilə mümkündür”, – Blinken televiziya jurnalistinin sualını cavablandırarkən deyib.

Dövlət katibi həmçinin bildirib ki, Moskva Ukrayna ilə sərhəddə vəziyyəti gərginləşdirərək, orada getdikcə daha çox bölmə yerləşdirir:

“Biz bütün mövcud fikir ayrılıqlarını sülh yolu ilə həll etmək üçün Rusiyanı diplomatik yolla getməli olduğuna inandırmaq üçün mümkün olan hər şeyi edirik. Lakin hərbi təcavüz davam edərsə, biz bütün Avropalı müttəfiqlərimizlə koordinasiyalı şəkildə buna tam hazırıq”.(Report)



Xəbəri paylaş

1217 dəfə oxunub.

Digər xəbərlər