XİN: 500-dən çox Azərbaycan vətəndaşı Rumıniyadan gətirilib, 800 nəfər Xarkovdan təxliyə olunub
Tarix: 02-03-2022 | Saat: 12:10
Bölmə:Karusel / Region | çapa göndər
1371 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 02-03-2022 | Saat: 12:10
Bölmə:Karusel / Region | çapa göndər
“Ukraynada və onun ətrafında baş verən hadisələr ciddi narahatlıq doğurur”.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib.
O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, Ukraynada olan azərbaycanlılarla bağlı sərhəd dövlətlərlə əlaqə yaradılıb.
Nazir müavininin sözlərinə görə, Rumıniyanın Yassı şəhərindən 3 çarter reysi ilə 500-dən çox Azərbaycan vətəndaşı ölkəyə gəlib: “800 vətəndaşımızın Xarkov şəhərindən daha təhlükəsiz bölgələrə təxliyəsi təşkil olunub. Vətəndaşlarımızdan viza, PCR test və “COVID-19” pasportu tələb olunmur”.
Elnur Məmmədov deyib ki, 2050 Azərbaycan vətəndaşı Ukraynadan digər qonşu ölkələrə keçib: “Onlar Moldovaya, daha sonra Rumıniyaya keçənlərdir”.
Xəbəri paylaş
Digər xəbərlər
13-05-2024, 13:26
KOB-ların vahid reyestri haqqında Əsasnamə təsdiq edilib
28-06-2021, 09:44
“Ermənistan Dağlıq Qarabağ sözünü işlətməməlidir” – İlham Əliyev
30-03-2022, 18:47
Elnur Soltanov: "Azərbaycan külək enerjisi vasitəsilə hidrogen istehsal edə bilər"
14-04-2022, 10:13
Ziyafət Əsgərova ağır itki
9-06-2026, 12:30
Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilə bilməsinin hüquqi əsası yaradılır
29-07-2021, 16:57
Türkiyədə müalicə olunan Vətən müharibəsi qazisi vəfat edib
21-02-2026, 11:57
Əraqçi: İranda son etirazlar zamanı 200 zabit ölüb
22-03-2022, 10:39
Naftalanda Novruz bayramı ərəfəsində bayram sovqatları paylanıldı


















