Saytımızı qiymətləndirin


 
 

Naftalanda Novruz bayramı ərəfəsində bayram sovqatları paylanıldı 
Tarix: 22-03-2022 | Saat: 10:39
Bölmə:Karusel / Sosial | çapa göndər

Naftalanda Novruz bayramı ərəfəsində bayram sovqatları paylanıldı – FOTO

Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən Novruz bayramı münasibətilə Naftalan şəhərində şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı paylanıldı.

Qarabaginfo.az-ın məlumatına görə, sovqatların ailələrə çatdırılmasında Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov və Naftalan şəhər İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şəmsəddin Həsənov iştirak edib.

Bayram sovqatı alan ailələr də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.



Xəbəri paylaş

290 dəfə oxunub.

Digər xəbərlər