Saytımızı qiymətləndirin


 
 

Deputatın polisi döyməsi ilə bağlı cinayət işi açılıb
Tarix: 30-07-2021 | Saat: 17:13
Bölmə:Karusel / Multimedia | çapa göndər

 

Deputatın polisi döyməsi ilə bağlı cinayət işi açılıb

İyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Bu barədə  Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

"Kütləvi informasiya vasitələrindən dəqiqləşdirilməmiş məlumatların yayılmaması xahiş edilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - Mətbuat xidmətindən bildirilib.



Xəbəri paylaş

1330 dəfə oxunub.

Digər xəbərlər