Saytımızı qiymətləndirin


 
 

Rusiya-Azərbaycan sərhədində yenilik - Keçid sürətlənəcək
Tarix: 31-07-2026 | Saat: 12:38
Bölmə:Karusel / Region | çapa göndər

rusiya-azerbaycan-serhedinde-yenilik

Dağıstanın Baş naziri Maqomet Ramazanov Rusiya-Azərbaycan sərhədində yerləşən “Tahirkənd-Qazmalar” və “Yaraq-Qazmalar” buraxılış məntəqələrində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub.

Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nazirə görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin keçdiyi “Tahirkənd-Qazmalar” buraxılış məntəqəsindən gündəlik orta hesabla 230 yük maşını keçir.

Reklamınızı SmartBee ilə effektiv edin.

İşlər başa çatdıqdan sonra buraxılış qabiliyyətinin 2360 nəqliyyat vasitəsinə, o cümlədən 1100 yük avtomobilinə çatdırılacağı gözlənilir. Hərəkət zolaqlarının sayı 8-dən 20-yə qədər artırılacaq ki, bu da sərhəd infrastrukturunun işinin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəltməyə və dövlət sərhədindən keçmə müddətini azaltmağa imkan verəcək.

Obyektdə aparılan yenidənqurma işlərinin 2028-ci ilin IV rübündə tamamlanması planlaşdırılıb.

“Yaraq-Qazmalar” buraxılış məntəqəsində isə yük nəqliyyatının yoxlanılmasının standart müddətini 10 dəqiqəyə qədər azaltmaq üçün rəqəmsal baxış sistemlərini tətbiq edilir. Bu işlərin 2026-cı ildə başa çatdırılacağı gözlənilir. 

Buraxılış məntəqələrinin modernləşdirilməsinin Rusiya və Azərbaycan arasında yük və sərnişin axınının həcmini artırmağa, dövlət sərhədinin keçilmə sürətini yüksəltməyə imkan verəcəyi bildirilir.


 

 



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər