Saytımızı qiymətləndirin


 
 

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib
Tarix: 11-11-2026 | Saat: 21:23
Bölmə:Karusel / Manşet / Siyasət | çapa göndər

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib.

Qarabaginfo.az xəbər verir ki, toplantıda iqlim böhranına qarşı mübarizədə konkret fəaliyyət mexanizmləri, sıfır tullantı siyasətinin təşviqi, tullantıların idarə olunmasında beynəlxalq təcrübə mübadiləsi, ölkələr arasında birgə ekoloji layihələrin hazırlanması və yerli təşəbbüslərin qlobal səviyyədə genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.

Tədbirdə çıxış edən Türkiyə Prezidentinin xanımı Əminə Ərdoğan Qlobal Sıfır Tullantı Alyansı vasitəsilə ölkələrin uğurlu təcrübələrini bölüşdüyü, birgə layihələr hazırladığı və yerli həll yollarını qlobal miqyasda yaymaq üçün güclü əməkdaşlıq platforması yaratmağı hədəflədiklərini bildirib.

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 21:36Günün fotoları...