Saytımızı qiymətləndirin


 
 

Ust-Luqa limanına dron hücumunun qarşısını almağa çalışan rusiyalı pilotların həlak olduğu bildirilir
Tarix: 11-11-2026 | Saat: 21:40
Bölmə:Karusel / Dünya | çapa göndər

Ust-Luqa limanına dron hücumunun qarşısını almağa çalışan rusiyalı pilotların həlak olduğu bildirilir

Rusiyanın Leninqrad vilayətində yerləşən Ust-Luqa limanına noyabrın 11-nə keçən gecə dron hücumunun qarşısını almağa çalışan Rusiya hərbi aviasiyası Ka-52 döyüş helikopterini itirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "RBC-Ukraine" nəşri Rusiya teleqram kanallarına istinadən məlumat yayıb.

Rusiya hərbi bloqeri İlya Tumanov “Fighterbomber” teleqram kanalında Sankt-Peterburqun hava məkanının müdafiəsi zamanı rusiyalı pilotların həlak olduğunu bildirib. O, hadisənin təfərrüatlarını açıqlamayıb.

Digər Rusiya teleqram kanalları isə 11 noyabra keçən gecə ümumilikdə 3 helikopterin ekipajı ilə birlikdə itirildiyini iddia edir.



Xəbəri paylaş

52 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 21:36Günün fotoları...