Saytımızı qiymətləndirin


 
 

Xətai rayonunda yaşıllıq zolaqları artırılır
Tarix: 09-12-2023 | Saat: 15:18
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

xetai-rayonunda-yasilliq-zolaqlari-artirilir

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Xətai rayonunda yaşıllıq zolaqlarının artırılması,  ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.

Qarabaginfo.az xəbər verir ki, keçirilən silsilə tədbirlər çərçivəsində bu gün rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Humanitar Fənlər Təmayüllü liseyin həyəti və M.Rüstəmov küçəsində Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyələrinin, MKTB-nin və məktəb kollektivləri, çəhid ataları iştirak ediblər. Aksiya zamanı Humanitar Fənlər Təmayüllü liseyin həyətində 100 ədəd meyvə ağacı və 100 ədəd eldar şamı əkilib.

Eyni zamanda rayonun Məzahir Rüstəmov küçəsində və digər ünvanlarda qurumuş ağaclar yenisi ilə əvəz olunaraq əlavə olaraq 200 ədəd eldar şamı əkilmişdir. Bayram əhval-ruhiyyəsində keçən aksiyada liseyin həyətində milli musiqilər və rəqslər nümayiş etdirilib, çay süfrəsi təşkil olunub.

Qeyd edək ki, mövsüm ərzində rayon ərazisinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

 





 



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər
19-04-2022, 19:14 Rubl bahalaşdı