Saytımızı qiymətləndirin


 
 

Almaniya Ukraynaya yardım üçün əlavə 200 milyon avro ayıracaq
Tarix: 04-11-2024 | Saat: 21:49
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya Ukraynaya yardım üçün əlavə 200 milyon avro ayıracaq

Almaniya qışdan əvvəl Ukraynaya əlavə 200 milyon avro yardım edəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə səfəri zamanı deyib.

Onun sözlərinə görə, vəsait Almaniya Xarici İşlər Nazirliyi tərəfindən ayrılan təcili humanitar yardımın artırılmasına yönəldiləcək ki, cəbhə xəttinə yaxın və enerji təchizatı olmayan evlər də yanacaq ala bilsin və ukraynalılar lazım olan hər şeylə, xüsusən də yorğan və ya şaxtadan qorunmaq üçün isti qış paltarları ilə təchiz olunsunlar.

Nazir həmçinin Ukraynanın enerji infrastrukturunun demək olar ki, üçdə ikisinin məhv olduğunu iddia edib.

Qeyd edək ki, bazar ertəsi Berbok Kiyevə elan olunmamış səfərlə gəlib. Orada o, ukraynalı həmkarı Andrey Sibiqa ilə danışıqlar aparıb.

Bu, 2022-ci ilin fevralında Rusiyanın xüsusi hərbi əməliyyatının başlamasından sonra Almaniya XİN rəhbərinin Ukraynaya səkkizinci səfəridir.

O, sonuncu dəfə Kiyevə 2024-cü ilin mayında səfər edib.



Xəbəri paylaş

37 dəfə oxunub.

Digər xəbərlər