Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın Gürcüstandakı səfirliyində seçki məntəqəsi yaradılacaq
Tarix: 23-12-2023 | Saat: 11:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Gürcüstandakı Səfirliyində seçki məntəqəsi yaradılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyinin bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciətində qeyd edilib.

“7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində seçki məntəqəsi yaradılacaqdır.
Gürcüstanda daimi və ya müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşlarının seçki siyahısına əlavə olunmaları məqsədilə cari ilin 29 dekabr tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə müraciət etmələri xahiş olunur:

Telefon: +995 555 250 993, +995 32 224 30 04
Elektron poçt: [email protected]

Azərbaycan Respublikası vətəndaşı seçki siyahısına əlavə edilməsi üçün, müraciət zamanı tam adını (adı, soyadı və ata adı), doğulduğu tarixi (gün, ay və il), qeydiyyatda olduğu və yaşadığı ünvan barədə məlumatı Səfirliyə təqdim etməsi zəruridir”, -müraciətdə qeyd edilib.



Xəbəri paylaş

1100 dəfə oxunub.

Digər xəbərlər