Saytımızı qiymətləndirin


 
 

WUF13 günlərində Bakıda yolların tam bağlanması nəzərdə tutulmur
Tarix: 05-05-2026 | Saat: 14:43
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

WUF13 zamanı bölgələrdən gələn nəqliyyat vasitələrinə məhdudiyyət olacaq? - NİİM rəisindən açıqlama | 1news.az | Xəbərlər

WUF13 zamanı nəqliyyatın təşkili baxımından “yaşıl dəhliz” prinsipi tətbiq olunacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.

O bildirib ki, xüsusi ayrılmış marşrutlar üzrə fasiləsiz hərəkət təmin ediləcək, zəruri hallarda yol kəsişmələrində prioritet keçid veriləcək, iştirakçıların vaxtında və təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması təmin olunacaq: “Bu məqsədlə müvafiq tədbirlər görüləcək, həm yol hərəkətinin təşkili, həm də təhlükəsizlik tədbirləri paralel şəkildə həyata keçiriləcək. Eyni zamanda, tədbirin açılış günü, 18 may tarixində hərəkətin intensivliyi nəzərə alınaraq bəzi istiqamətlərdə müvəqqəti dəyişikliklər edilə bilər. Bu dəyişikliklər əsasən yüksək səviyyəli qonaqların və rəsmi nümayəndə heyətlərinin hərəkətini təmin etmək məqsədi daşıyır. Lakin ümumilikdə yolların tam bağlanması nəzərdə tutulmur, yalnız zəruri hallarda qismən istiqamət dəyişiklikləri tətbiq oluna bilər”.



Xəbəri paylaş

66 dəfə oxunub.

Digər xəbərlər
21-04-2025, 12:30 Roma Papası öldü
17-01-2024, 15:55 Lavrov ABŞ-a GEDİR