Tarix: 06-08-2024 | Saat: 19:41
Bölmə:Karusel / Siyasət | çapa göndər
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla da görüşüb.
Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Şoyqu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüşlərdə Qərbin Cənubi Qafqazda təhlükəsizliyin qurulması prosesinə müdaxilə cəhdləri müzakirə olunub.
“Məsələlərin geniş spektri, o cümlədən, Cənubi Qafqazda təhlükəsizlik, 10-cu redaksiyasının İrəvana göndərildiyi Ermənistanla sülh sazişinin imzalanması, Qərbin bu prosesə aktiv müdaxilə cəhdləri müzakirə olunub”, - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.
Şoyqu əlavə edib ki, nəqliyyat layihələri, xüsusilə “Şimal-Cənub” dəhlizi də müzakirə olunub.
Digər xəbərlər