Saytımızı qiymətləndirin


 
 

Zelenski zəmanəmizin Çörçilidir - Buş
Tarix: 06-05-2022 | Saat: 12:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zelenski zəmanəmizin Çörçilidir - <span style="color:red">Buş</span>

ABŞ-ın sabiq prezidenti Corc Buş Ukrayna Prezidenti Vladimir Zelenskini İkinci Dünya müharibəsi zamanı Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçillə müqayisə edib.

Qarabaginfo.az xəbər verir ki, sabiq prezident bu barədə İnstaqram hesabında yazıb.

“Mən Prezident Zelenski ilə - zəmanəmizin Uinston Çörçili ilə bir neçə dəqiqə danışmaq şərəfinə nail oldum. Ukrayna xalqının cəsarətini alqışlayır, həmçinin liderliyinə, nümunəsinə və azadlığa sadiqliyinə görə Zelenskiyə təşəkkür edirəm. Prezident Zelenski məni əmin etdi ki, onlar Putinin barbarlığına və quldurluğuna qarşı mübarizədə tərəddüd etməyəcəklər.Amerikalılar onların ruhunun gücündən və möhkəmliyindən ilham alırlar. Biz öz azadlıqları üçün mübarizə aparan ukraynalıları dəstəkləməyə davam edəcəyik”, - Buş bildirib.



Xəbəri paylaş

207 dəfə oxunub.

Digər xəbərlər