Saytımızı qiymətləndirin


 
 

Etibar Əliyev istefa verdi
Tarix: 10-07-2023 | Saat: 20:45
Bölmə:Karusel / Təhsil | çapa göndər

Etibar Əliyev istefa verdi

"Bu gün Elm və Təhsil nazirliyinin yanında İctimai Şuranın iclası keçirildi. İclasdan bir gün əvvəl Elm və təhsil naziri Emin Əmrullayevlə şəxsi WhatsApp yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşımları məsələsinin də müzakirəsinin gündəliyə salınmasını təklif etmişdim. 

Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirəlməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, Şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər  və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir".

Qarabaginfo.az xəbər verir ki, bunu deputat Etibar ƏIliyev bildirib.

"Mənim təkliflərimindən biri də nazirin iclasda iştirakının təmin olunması idi.  Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. Bu günki müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü. Bir məsləni də qeyd edim ki, E. Əmrullayev Elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində Şura ilə məsləhətləşmə aparmayıb. Bütün bunları əsas götürüb, Elm və təhsil nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri - mümkün hesab edirəm və Şura üzvündən istefa verirəm", - E.Əliyev qeyd edib.



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər