Tarix: 21-09-2022 | Saat: 18:12
Bölmə:Gündəm / Karusel | çapa göndər
NATO müttəfiqləri müharibənin ilk vaxtlarından bəri Ukraynaya hərbi dəstək verir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirib.
“Xüsusilə də müttəfiqimiz ABŞ Ukraynaya görünməmiş hərbi dəstək verir və eyni zamanda, digər ölkələr. Təbii ki, belə olan halda bu ölkələrin hərbi ehtiyatlarına təsir edir. Bizim hərbi ehtiyatlarımız azalıb, hazırlıqlı olmaq üçün öz ehtiyatlarımızı da artırmalıyıq. Buna görə də biz müttəfiqlər hərbi sənaye sahəsində əməkdaşlıq istiqamətində çox yaxından işləyirik və əməkdaşlıq edirik. Tezliklə NATO-nun Baş Qərargahında üzv ölkələrin silahlanma üzrə direktorlarının iclası keçiriləcək. Həmçinin, tərəfdaşlarımızla hərbi sənaye sahəsində əməkdaşlıq imkanlarını öyrənirik”, - Stoltenberq qeyd edib.
Digər xəbərlər