Saytımızı qiymətləndirin


 
 

Putin: Ukraynada bütün problemlər 2014-cü ildən sonra başlayıb
Tarix: 17-06-2023 | Saat: 20:56
Bölmə:Karusel / Manşet | çapa göndər

Putin: Ukraynada bütün problemlər 2014-cü ildən sonra başlayıb

Ukraynada bütün problemlər 2014-cü ildə dövlət və qanlı çevrilişdən sonra başlayıb. Bu çevriliş Qərb sponsorları tərəfindən dəstəklənib.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Konstantinovski sarayında Afrika ölkələrinin başçıları ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Ukraynada dövlət çevrilişindən sonra əhalinin bir hissəsi bunu dəstəkləməyib: "Rusiya rusdilli insanları dəstəkləməli oldu və uzun illər böhranı sülh yolu ilə həll etməyə çalışdı. Amma Qərb ölkələri və Kiyevdə hakimiyyətdə olanlar bizi aldatdı”.

 

Putin bildirib ki, Ukrayna böhranı qanlı yolla həll etmək üçün dəfələrlə cəhdlər edib və hərbi münaqişəyə özü başlayıb.

 

"Qlobal ərzaq bazarında böhran xüsusi hərbi əməliyyatın nəticəsi deyil, o, Qərb ölkələrinin iqtisadi cəhətdən əsassız davranışlara başlaması ilə əlaqədar yaranıb. Nəhəng emissiyalar həyata keçirməklə, tozsoran kimi bütün malları süpürüb apardılar və inkişaf etməkdə olan ölkələri əlverişsiz vəziyyətə saldılar. Yeni müstəmləkəçi Avropa hakimiyyəti beynəlxalq ictimaiyyəti və bütün Afrika ölkələrini növbəti dəfə aldatdı", - deyə Rusiya prezidenti əlavə edib.



Xəbəri paylaş

1138 dəfə oxunub.

Digər xəbərlər