Tarix: 11-03-2024 | Saat: 13:51
Bölmə:Karusel / Dünya | çapa göndər
2019-23-cü illərdə qlobal silah idxalının 37 faizi Asiya və Okeaniyadakı dövlətlərin payına düşüb, lakin 2014-18-ci illərdəki 41 faizlə müqayisədə idxalda azalma müşahidə olunub. Bununla belə bu regionda bir sıra dövlətlərin idxalı nəzərəçarpacaq dərəcədə artıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) bu gün dərc etdiyi beynəlxalq silah transferləri ilə bağlı hesabatında deyilir.
Hesabata görə, Hindistan dünyanın ən çox silah idxalçısı olub, onun silah idxalı 2014-2018 və 2019-2023-cü illər arasında 4,7 faiz artıb. Rusiya Hindistanın əsas silah təchizatçısı olaraq qalır (silah idxalının 36 faizini təşkil edir). Pakistan da silah idxalını əhəmiyyətli dərəcədə artırıb (+43 faiz). Pakistan 2019-2023-cü illərdə beşinci ən böyük silah idxalçısı olub, silah idxalının 82 fazini Çindən edib.
Çinin Şərqi Asiya qonşularından ikisinin, Yaponiyanın silah idxalı 155 faiz, Cənubi Koreyanın silah idxalı isə 6,5 faiz artıb. Çinin öz silah idxalı əsasən Rusiyadan gətirilən silahlarının yerli istehsal sistemləri ilə əvəzlənməsi nəticəsində 44 faiz azalıb.
Hesabatda Yaxın Şərq regionu ölklərinin silah idxalı ilə bağlı detallar da öz əksini tapıb. SIPRI-nin məlumatına görə, beynəlxalq silah transferlərinin 30 faizi 2019-2023-cü illərdə Yaxın Şərqə gedib. Üç Yaxın Şərq dövləti 2019-2023-cü illərdə ilk 10 idxalçı arasında olub ki, bunlar Səudiyyə Ərəbistanı, Qətər və Misirdir.
Səudiyyə Ərəbistanı 2019-2023-cü illərdə dünyanın ikinci ən böyük silah idxalçısı olub və bu dövrdə qlobal silah idxalının 8,4 faizi bu ölkənin payına düşüb. Səudiyyə Ərəbistanının silah idxalı 2019-2023-cü illərdə 28 faiz azalıb. Qətər 2014-2018 və 2019-23-cü illər arasında silah idxalını təxminən dörd dəfə (+396 faiz) artıraraq, 2019-2023-cü illərdə dünyanın üçüncü ən böyük silah idxalçısı olub.
Yaxın Şərq dövlətləri tərəfindən silah idxalının əksəriyyəti ABŞ (52%), Fransa (12%), İtaliya (10%) və Almaniya (7,1%) tərəfindən təmin edilib.
Afrikadakı dövlətlərin əsas silah idxalı 2014-2018 və 2019-2023-cü illər arasında 52 faiz azalıb. Bu, əsasən iki Şimali Afrika idxalçısının - Əlcəzair (–77 faiz) və Mərakeşin (–46 faiz) silah idxalını azaltması ilə bağlı olub.
Saharanın cənubundakı Afrika dövlətlərin silah idxalı 9 faiz azalıb. Bu regiona tədarükün 19 faizi Çinin payına düşüb və bununla da Çin regionun əsas silah tədarükçüsü kimi Rusiyanı geridə qoyub.
Misir 2019-2023-cü illərdə dünyanın yeddinci ən böyük silah idxalçısı olub. Onun idxalına 20-dən çox döyüş təyyarəsi və hərbi imkanlarını artırmaq məqsədi daşıyan 10 əsas döyüş gəmisi daxildir.
SIPRI-nin hesabatına görə Avstraliya dünyanın səkkizinci ən böyük silah idxalçısısı olub, ancaq bu ölkənin silah idxalı 21 faiz azalıb. Bununla belə, 2023-cü ildə Böyük Britaniya və ABŞ ilə ən azı altı nüvə enerjisi ilə işləyən sualtı qayığın idxalı barədə razılığa gəlib.
Digər xəbərlər