Saytımızı qiymətləndirin


 
 

ABŞ Prezidenti ilə görüş müharibənin sonunu yaxınlaşdıra bilər- Zelenski
Tarix: 15-10-2025 | Saat: 23:35
Bölmə:Karusel / Dünya | çapa göndər

Picture background

ABŞ Prezidenti Donald Trampla oktyabrın 17-nə planlaşdırılan görüş çoxməzmunlu olacaq və Ukraynadakı müharibənin sonunu yaxınlaşdıra bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna Trampla gözlənilən görüşün hərbi və iqtisadi aspektlərini artıq hazırlayıb.

“Bu, həqiqətən də müharibənin sonunu yaxınlaşdıra bilər. Birləşmiş Ştatlar belə qlobal təsir potensialına malikdir və biz dünyada başqalarının bu səydə bizim tərəfimizdə olmasını təmin etmək üçün hər şeyi edirik”, – Zelenski bildirib.

Prezident əlavə edib ki, hazırda Ukraynanın Baş naziri Yuliya Sviridenko, Prezident Ofisinin rəhbəri Andrey Yermak və digər rəsmi şəxslər Vaşinqtonda səfərdədirlər.



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər