Tarix: 14-10-2025 | Saat: 10:36
Bölmə:Karusel / Kriminal | çapa göndər
Xəbər verdiyimiz kimi, “Sədərək” Ticarət Mərkəzində yerləşən bəzi reklam qurğularının sökülməsinə başlanılıb.
Qarabaginfo.az-ın məlumatına görə, müəyyən edilmiş tələblərə cavab verməyən lövhələrin yığışdırılması ticarət mərkəzində tərəflər arasında insident yaradıb. İlkin məlumatda mərkəzin mühafizəçilərinin Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyərək ərazidən uzaqlaşdırdığı bildirilib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov müraciətimizə cavab olaraq qeyd etdi ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatı ilə bağlı araşdırma aparılır: “Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Digər xəbərlər