Saytımızı qiymətləndirin


 
 

"Real Madrid" 100 milyon avroya aldığı futbolçunu icarəyə verir
Tarix: 04-04-2022 | Saat: 23:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Eden Hazard transfer kararını verdi - Fotomaç

İspaniya "Real Madrid"i futbolçusu Eden Azarı icarəyə vermək istəyir.

Qarabaginfo.az-ın AS nəşrinə istinadən məlumatına görə, məşqçilər heyəti bu yolla belçikalı hücumameylli yarımmüdafiəçinin daha çox oyun praktikası qazanmasına çalışır.

Onlar hesab edirlər ki, bu, 31 yaşlı oyunçunun əvvəlki səviyyəsinə qayıtmasına kömək edə bilər. Təcrübəli futbolçu icarədə olduğu komandada öz oyununu tapa bilsə, "kral klubu" onu yaxşı qiymətə satmağı planlaşdırır.

Azarın özü də Madrid təmsilçisindən ayrılmağın əleyhinə deyil. O, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı öncəsi idman formasını bərpa etmək niyyətindədir.

Qeyd edək ki, "Real Madrid" Eden Azarı 2019-cu ildə 100 milyon avro təzminat qarşılığında İngiltərənin "Çelsi" klubundan heyətinə cəlb edib. Onun klubu ilə 2024-cü ilin yayınadək müqaviləsi var. Futbolçu bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 22 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.



Xəbəri paylaş

1281 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 08:25Quterreş Bakıdadır