Tarix: 16-10-2025 | Saat: 08:27
Bölmə:Karusel / Region | çapa göndər
“Biz Avropa İttifaqına daxil olmaq barədə bəyan etdiyimiz məqsədimizi hələ də saxlayırıq”.
Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İctimai telekanala müsahibəsində deyib.
O, Gürcüstanın 2030-cu ilədək Aİ-nin fəlakətli problemlərin öhdəsindən gələcəyinə və tendensiyaların dəyişəcəyinə ümid etdiyini bildirib.
Tbilisi-Vaşinqton münasibətlərinə də toxunan hökumət başçısının sözlərinə görə, Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında bərpa etmək istəyir.
“Tərəfimizdən tam hazırlıq var. Əsas ABŞ-ın yeni administrasiyasından konkret addımları görməkdir. Biz strateji tərəfdaşlığın təmiz səhifədən bərpasının tərəfdarıyıq. Biz baş verənləri – inqilabın təşviqi, USAID və NED təşkilatlarının fəaliyyətini, bütün bu cür problemləri unudacağıq”, - o deyib.
Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Aİ-yə üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan edib.
ABŞ Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Vaşinqton bunu Tbilisinin strateji tərəfdaşlığın əsas prinsiplərini pozması ilə əlaqələndirib.
Digər xəbərlər