Saytımızı qiymətləndirin


 
 

İran ABŞ-ı ərzaq və dərman təchizatının idxalına mane olmaqda ittiham edib
Tarix: 11-11-2026 | Saat: 23:02
Bölmə:Karusel / Region | çapa göndər

İran ABŞ-ı ərzaq və dərman təchizatının idxalına mane olmaqda ittiham edib

ABŞ-ın tətbiq etdiyi blokada İrana ərzaq məhsullarının çatdırılmasına, ticarətə və tibbi xidmətlərin göstərilməsinə mane olur.

Qarabaginfo.az xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Qətərin “əl-Cəzira” telekanalına müsahibəsi zamanı bildirib.

“Vaşinqton bizə qarşı blokada tətbiq edib, ərzaq məhsullarının çatdırılmasına mane olur, həmçinin ticarətə və tibbi xidmətlərin göstərilməsinə əngəl yaradır”, – o deyib.

Qalibaf vurğulayıb ki, Tehran üçün prioritet sülhdür, lakin İslam Respublikası “davamlı çəkindirmə” siyasətinə hazırdır.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp yenidən müharibə qərarı verərsə, növbəti dəfə məğlub olacaq.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 21:36Günün fotoları...