Saytımızı qiymətləndirin


 
 

Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin büstü qoyuldu - Fotolar
Tarix: 28-10-2025 | Saat: 10:17
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

teyyare-qezasinda-helak-olan-ekipaj-uzvlerinin-bustu-qoyuldu

AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəmanlar - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökumə Cəlil qızı Əliyevanın xatirələri əbədiləşdirilib.

Qarabaginfo.az “Qafqazinfo”a istinadən xəbər verir ki, II Fəxri xiyabanda dəfn olunan hər üç qəhrəmana məzarüstü abidə - büst qoyulub.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-i Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Yaralılardan Zaqatala sakini Nurullah Siracov uzun müddət sonra – bu ay vəfat edib.







 



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər
23-10-2020, 11:05 Xəzərdə zəlzələ olub