Saytımızı qiymətləndirin


 
 

Oğuzda kombayn və taxıl zəmisi yandı
Tarix: 18-06-2020 | Saat: 16:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

 

Oğuz rayonunda taxıl sahəsində yanğın baş verib. 

Qarabaginfo.az xəbər verir ki, hadisə rayonun Böyük Söyüdlü kəndində qeydə alınıb. 

Belə ki, Çingiz İbrahimov "Niva" markalı kombaynla həmin kəndin sakini Rafiq Novruzova məxsus arpa sahəsində biçin işləri aparan zaman nəqliyyat vasitəsində yanğın baş verib. Nəticədə kombayn və biçilməkdə olan bir hektara yaxın taxıl sahəsi yanıb. 

Hadisə yerinə Oğuz rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır. Report



Xəbəri paylaş

375 dəfə oxunub.

Digər xəbərlər