NATO-nun Hərbi Komitəsi Alyansa üzv ölkələrin müdafiə nazirləri səviyyəsində mayın 16-da Brüsseldə toplaşacaq və görüş zamanı xüsusilə Ukraynaya dəstək məsələsini müzakirə edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
“İlk örüşdə müdafiə nazirləri Ukrayna-NATO Şurası formatında bir araya gələrək Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini, ərazidəki vəziyyəti, NATO və müttəfiqlərinin Kiyevə gələcək dəstəyini müzakirə edəcəklər”, – məlumatda deyilir.