Saytımızı qiymətləndirin


 
 

Pentaqon rəhbəri əməliyyat əmrini xəstəxanadan verib
Tarix: 12-01-2024 | Saat: 10:43
Bölmə:Karusel / Dünya | çapa göndər

pentaqon-rehberi-emeliyyat-emrini-xestexanadan-verib

Xəbər verdiyimiz kimi, ABŞ və Böyük Britaniya Yəmənin “Ənsar Allah” (husilər) hərəkatına qarşı əməliyyata başlayıb. ABŞ Hərbi Hava Qüvvələri artıq husilərin 16 obyektində 60-dan çox hədəfinə zərbələr endirib.

Qarabaginfo.az “CNN”ə istinadən məlumatına görə, hazırda müalicəsi davam etdirilən Pentaqon rəhbəri Lloyd Ostin Yəmənə hücum əmrini xəstəxanadan verib. 

Telekanal ABŞ Müdafiə Nazirliyində olan mənbələrə istinadən bildirib ki, Ostin xəstəxanadan Yəməndə husilərin obyektlərinə zərbələrin endirilməsinə nəzarət edib: “Bu gün Ostin zərbə endirmək əmrini verdi və bu əməliyyata nəzarət edir”.

Qeyd olunur ki, Pentaqon rəhbəri yanvarın 9-dan 11-nə qədər iki dəfə ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb və Yəməndəki əməliyyatın idarəsində fəal iştirak edib.

Ostinin açıqlamasına görə, hücumların məqsədi husilərin Qırmızı dənizdə gəmiçilik və beynəlxalq ticarətə təhdidlərinin azaldılmasıdır.

Xatırladaq ki, Ostində prostat xərçəngi aşkarlanıb. O, hazırda Vaşinqton yaxınlığında Uolter Ridd Milli Tibbi Mərkəzində müalicə alır.

 



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər